📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

20-ci gün: Rusiyanın Ukraynadakı itkiləri açıqlandı

2022-03-15 12:21:00

20-ci gün: Rusiyanın Ukraynadakı itkiləri açıqlandı

Martın 15-nə olan məlumata görə, Rusiyanın Ukraynadakı canlı qüvvə itkisi 13 min 500 nəfərdən çoxdur.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən davam edən hərbi əməliyyatlar zamanı Rusiyanın 404 tankı, 1279 zirehli döyüş maşını və 150 artilleriya sistemi, 64 ədəd reaktiv yaylım atəş sistemi, 36 hava hücumundan müdafiə sistemi, 81 təyyarə, 95 helikopter, 640 avtomobil texnikası, 3 gəmi/qayıq, 60 yanacaq-sürtkü materialı olan sistern, həmçinin 9 əməliyyat-taktiki pilotsuz uçuş aparatı məhv edilib.