📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"20 min insanın qanı sizin əlinizdədir" - Baydenə kilsədə Qəzza etirazı (VİDEO)

2024-01-09 14:08:36

Cənubi Karolinaya səfər edən ABŞ Prezidenti Co Bayden Çarlston şəhərində Ana Emanuel Ame kilsəsində keçirilən tədbirdə çıxış edib.

Hurriyyet.az xəbər verir ki, bu zaman kilsədəki bir qrup nümayişçi Qəzzaya istinad edərək “artıq atəşkəs” şüarları ilə Baydenin sözünü kəsiblər.

Nümayişçilərdən biri “Əgər burada itirilən həyatlar sizi maraqlandırırsa, o zaman onlara hörmət edin və Fələstində atəşkəsə çağırın” deyə Baydenə etiraz edib.

Başqa bir nümayişçi isə “20 min insan həyatını itirdi, onların qanı sizin əlinizdədir” deyə bildirib. Daha zaldan çıxarılan nümayişçilər atəşkəsə çağıran şüarlar səsləndirməyə davam ediblər.

ABŞ prezidentinin etiraz aksiyasını təəccüblü şəkildə izləməsi kameraların diqqətindən yayınmayıb.

Bayden daha sonra çıxışına davam edərək bunları deyib:"Mən sizi başa düşürəm. Sizin etirazınızı anlayıram. Mən İsrail hökuməti ilə sakitcə işləyirəm. (İsraili) böyük ölçüdə Qəzzadan çıxarmaq üçün əlimdən gələni edirəm".

AzPolitika.info