20 min NATO hərbçisi Rusiya ilə sərhəddə...
Polşa və bir sıra digər ölkələrin silahlı qüvvələri NATO-nun son onilliklərdə ən böyük “Steadfast Defender 2024” (STDE-24) təlimi çərçivəsində fevralın sonu – martın əvvəlində 20 min hərbçinin iştirakı ilə “DRAGON-24” manevrlərinə başlayacaq.
Hurriyyet.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
“STDE-24-ün əsas elementi digər ölkələrin silahlı qüvvələrinin iştirakı ilə fevral və martın əvvəlində başlayacaq DRAGON-24 Polşa milli təlimi olacaq”, - Polşa Müdafiə Nazirliyinin bəyanatında deyilir. .
Təlimlərdə Polşa və müttəfiq ölkələrdən 20 minə yaxın hərbi qulluqçu və 3,5 min texnika iştirak edəcək. Onlar təlimlərə NATO-nun gücləndirilmiş ön cəbhə qüvvələrini də cəlb edəcəklər. Müdafiə Nazirliyindən verilən məlumata görə, suda, havada və quruda hərbi təlimlərlə yanaşı, kiberməkanda da manevrlər həyata keçiriləcək. Manevrlərin yeri dəqiqləşdirilməyib.
Bundan əvvəl NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Kristofer Kavoli bəyan etmişdi ki, NATO-nun son onilliklərdəki ən böyük Steadfast Defender 2024 təlimi yanvarın sonunda başlayacaq və bu təlimdə ittifaq ölkələrindən və İsveçdən təxminən 90 min hərbçi iştirak edəcək.
bakupost.az