📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

20 Yanvar faciəsinin təşkilatçılarından biri öldü

2022-08-01 12:45:00

20 Yanvar faciəsinin təşkilatçılarından biri öldü

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sonuncu sədri general-leytenant Vadim Bakatin ölüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Rusiya qəzeti” məlumat yayıb.

Bildirilib ki, sovet dövlət xadimi 85 yaşında Moskvada vəfat edib.

Qeyd edək ki, o, 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeridilməsinin əmrini verən şəxslərdə biri olub. Əməliyyata rəhbərlik etmək üçün həmin dönəm daxili işlər naziri olan V.Bakatin SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahında olub.