📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

20 yaşlı sürücü sükan arxasında qəfil öldü - FOTO

2024-08-08 11:41:07

20 yaşlı sürücü sükan arxasında qəfil öldü - FOTO

Oğuz rayonunda traktor sürücüsü qəfil ölüb.

Hurriyyet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Dəymədağlı kənd sakini 2004-cü il təvəllüdlü Məmmədli Loğman Fərman oğlu traktorla hərəkətdə olarkən vəfat edib. Sükan arxasında olan gəncin ürəktutmadan həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, avqustun 22-si Loğmanın 20 yaşı tamam olacaqmış.

Faktla bağlı araşdırma aparılır.