📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

200 min nəfərə qədər israilli evini tərk edib

2023-10-23 10:18:56

200 min nəfərə qədər israilli evini tərk edib

Hurriyyet.az  xəbər verir ki, İsrailin 200 min nəfərə qədər sakini ölkənin cənub və şimal sərhədlərində vəziyyətin gərginləşməsi səbəbindən evlərini tərk eləməyə məcbur olub. Bu barədə məlumatı “Tayms of İsrael”  nəşri verib. Qəzetin yazdığına görə, bu şəxslərin yarısı ölkədaxili köçkünlərdir – onlar Qəzza sektoru və Livanla sərhəddə yerləşmiş 105 yaşayış məntəqəsindən təxliyə ediliblər.

Son hesablamalara görə, İsrailin əhalisi ümumilikdə 9,7 milyon nəfərə qədərdir.

Hürr Tərcüman