📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

200 min türk Almaniyadan sığınacaq istəyir

2023-08-10 12:18:00

200 min türk Almaniyadan sığınacaq istəyir

2023-cü ilin ilk 7 ayında keçən ilin eyni dövrü ilə müqayisədə Türkiyə vətəndaşlarından Almaniyaya sığınacaq müraciətlərinin sayı 203% artıb.

Hurriyyet.az Deutsche Welle-yə istinadla xəbər verir ki, bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) məlumat yayıb.

BAMF-ın statistikasına görə, yanvar-iyul ayları arasında Almaniyada sığınacaq üçün 188 967 müraciət edilib. Bu müddət ərzində Türkiyə vətəndaşları 2022-ci ilin ilk 7 ayı ilə müqayisədə 202,9%, yəni 23 486 müraciət çox edib.

İndiyədək 12 174 sığınacaq müraciəti təmin olunub.

Müraciətlərin sayına görə türklər Suriya vətəndaşları və əfqanlardan sonra ikinci yerdədir.