📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

200 sərnişini olan gəmi yandı - Ölənlər var

2023-03-30 09:48:00

200 sərnişini olan gəmi yandı - Ölənlər var

Filippində sərnişin gəmisində baş vermiş yanğın nəticəsində azı 12 nəfər ölüb. 

Hurriyyet.az xəbər verir ki, yanğın zamanı gəmidə 200-ə yaxın sərnişin olub, onlardan 57-si xilas edilib, 14-ü xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, ölənlər arasında üç uşaq var. Hazırda Sahil Mühafizə Xidməti itkin düşənlərin axtarışlarını davam etdirir. 

Yanğının səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır. (yenisabah)