📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

2000-lərin saç düzümü yenidən dəb olur

2026-10-27 20:51:50

2000-lərin saç düzümü yenidən dəb olur

2000-ci illərdə populyar olan bir saç düzümü bu payız yenidən dəbə qayıdıb.

Hurriyyet.net xəbər verir ki, bu haqda “Vogue” jurnalı məlumat yayıb.

Son keçirilən Moda Həftələrinin təhlilinə görə, saç tellərinə xarakterik ziqzaq fakturası verən “qofre” (saçların xüsusi üsulla dalğalandırılması) texnikasının yenidən trendə çevrilib.

Amerika brendi “Christian Siriano”nun nümayişində stilistlər güzgü kimi hamar və düzləşdirilmiş saçlar üzərində, aydın görünən üfüqi qofre zolaqları ilə tamamlanan bir obraz yaradıblar.

Fransa moda evi “Chloé” bu üslubun daha bohem versiyasını təqdim edib. Bu versiya saçlara verilən böyük həcm və saçın bütün uzunluğu boyunca uzanan dalğalarla xarakterizə olunur.