📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"2005-ci ildən Türk Birliyi və İslam Həmrəyliyi deyərək təşkilatlanır və addımlayırıq" - MÜBARİZ GÖYÜŞLÜ

2024-02-16 13:26:13

"Bundan sonra görəcəyimiz işlər Türk Dövlətləri Təşkilatının genişlənməsi, İslam Əməkdaşlıq Təşkilatının möhkəmlənməsi olmalıdır"

"Azərbaycan dövləti növbəti dəfə hədəfinin və istiqamətinin Türk-İslam ideyasını gerçəkləşdirmək olduğunu elan etdi". Hurriyyet.az xəbər verir ki, bunu Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Siyasi şərhçi qeyd edib ki, 2005-ci ildən Türk Birliyi və İslam Həmrəyliyi deyərək təşkilatlanır və addımlayırıq: "İdeyamız Azərbaycan bayrağının rənglərində əksini tapıb. Bundan sonra görəcəyimiz işlər Türk Dövlətləri Təşkilatının genişlənməsi, İslam Əməkdaşlıq Təşkilatının möhkəmlənməsi olmalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az