📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

2011-ci ildən bəri ilk dəfə

2023-04-18 14:14:00

2011-ci ildən bəri ilk dəfə

Hurriyyet.az xəbər verir ki, Suriyada müharibənin başlandığı 2011-ci ildən bəri ilk dəfə Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Suriyanın paytaxtı Dəməşq şəhərinə səfər edəcək. Mətbuatın yazdığına görə, nazir şahzadə Feysal bin Fərhan Suriya Prezidenti Bəşər Əsəd və Suriya XİN-in rəhbəri Feysal əl Mikdad ilə görüşəcək.

Ötən həftə isə əl Mikdad Səudiyyə Ərəbistanına səfər etmişdi.

Danışıqların mövzusunun Dəməşq ilə Ər-Riyad arasında münasibətlərin normallaşdırılması, həmçinin, Suriyanın Ərəb Dövlətləri Liqasına qaytarılması olub – 2011-ci ildə bu ölkəni təşkilatdan çıxarmışdılar.

Martın əvvəlində Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşdırılması barəsində razılıq əldə edilmişdi. Bu normallaşma sayəsində Suriyanın ərəb ölkələri ilə yaxınlaşmasına şərait yaranıb. Tehranla Ər-Riyad arasında barışıq Yəməndə də vətəndaş müharibəsinin dayandırılmasına səbəb olub.

Hürr Tərcüman