📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

2022-ci il üçün yaşayış minimumu müəyyənləşdi

2021-12-03 15:55:00

2022-ci il üçün yaşayış minimumu müəyyənləşdi

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2022-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Hurriyyet.az Azərtac-a istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilir.

Milli Məclisin iclasında, həmçinin 2022-ci il üçün ehtiyac meyarının həddi də təsdiqlənib. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyən edilib.

Bu qanunlar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.