📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

2022-ci ilin yanvarında rekord sayda jurnalist qətlə yetirilib

2022-02-01 15:53:00

2022-ci ilin yanvarında rekord sayda jurnalist qətlə yetirilib

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İsveçrənin Press Emblem Campaign (PEC) Qeyri-Hökumət Təşkilatı ötən ay dünya miqyasında 12 jurnalistin qətlə yetirildiyini bildirib.

PEC təşkilatının açıqlamasında 2022-ci ilin ilk ayında rekord sayda jurnalistin öldürülməsinin “şok edici” olduğu vurğulanır, qətlə yetirilən jurnalistlərin yaslı ailələri üçün ədalətin təmin edilməsi və təzminat ödənilməsi çağırışı edilir.

Meksikada 4, Haiti, Honduras və Pakistan ölkələrinin hərəsində 2, Qazaxıstan ilə Myanmanın hər birində 1 jurnalistin həlak olduğu bildirilir.

PEC məlumatına görə, 2021-ci ildə 29 ölkədən 70 jurnalist  qətlə yetirilib. Əfqanıstanda 12, Meksikada 10, Pakistanda 7, Hindistanda 6, Filippində 4 jurnalist müxtəlif hücumlarda həyatını itirib.

Hürr Tərcüman