📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

2023-cü ildə Türkiyə öz təbii qaz ehtiyatlarından istifadəyə başlayacaq

2022-09-21 23:38:00

2023-cü ildə Türkiyə öz təbii qaz ehtiyatlarından istifadəyə başlayacaq

Hurriyyet.az xəbər verir ki, Türkiyə gələn ilin mart ayından etibarən öz təbii qaz ehtiyatlarından istifadə eləməyə başlamaq niyyətindədir. Bu barədə məlumatı Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Fateh Dönməz verib.

Onun sözlərində görə, Qara dənizdəki yataqdan qaz nəql edəcək boru kəməri xəttinin 140 kilometrlik hissəsi artıq hazırdır. Kəmər Sakaryadan  Zonquldak şəhərinə qədər uzanacaq.

Nazir deyib: “Boru xəttinin demək olar ki, 70%-i hazırdır. 30-35 kilometrlik hissə qalıb. Onun tikintisi oktyabrda başa çatacaq. Qurudakı işlərin bu ilin noyabr ayında yekunlaşacağı gözlənilir.

Hürr Tərcüman