2023-cü ilin martında türklər İrəvanda olacaq
2022-12-06 20:23:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin futbol üzrə milli komandası 2023-cü il martın 25-də İrəvanda Avro-2024-ün seçmə mərhələsindəki ilk qarşılaşmasını keçirəcək.
D qrupunun görüşü İrəvandakı Respublika stadionunda Türkiyə vaxtı ilə saat 20.00-da başlanacaq.
Ermənistan yığması ilə oyundan sonra Türkiyə millisini Uels komandası ilə qarşılaşma gözləyir. Bu görüş martın 28-də Bursada keçiriləcək.
Hürr Tərcüman