📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

2023-cü ilin rəmzi komandası - Ronaldo yoxdur

2024-01-05 21:56:40

2023-cü ilin rəmzi komandası - Ronaldo yoxdur

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ilin ən yaxşı oyunçularının rəmzi komandasını açıqlayıb.

Bu heyətdə “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yer almayıb. 38 yaşlı forvard 2023-cü ildə 54 qola imza ataraq ilin bombardiri olub.

İFFHS-ə görə 2023-cü ilin rəmzi komandası:

Qapıçı: Ederson ("Mançester Siti").

Müdafiəçilər: Ruben Dias ("Mançester Siti"), Alfonso Deyvis, Kim Min Jae (hər ikisi "Bavariya").

Yarımmüdafiəçilər: Cud Bellinqem ("Real"), Kevin De Brüyne, Rodri (hər ikisi "Mançester Siti"), Lionel Messi ("İnter Mayami").

Hücumçular: Erlinq Haaland ("Mançester Siti"), Harri Keyn ("Bavariya"), Kilian Mbappe (PSJ).\\Redaktor.az