📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

2024-cü il Rusiyadan 65 mindən çox miqrant deportasiya olunub

2024-07-13 22:12:41

2024-cü il Rusiyadan 65 mindən çox miqrant deportasiya olunub

İlin əvvəlindən bu yana Rusiyadan 65 mindən çox qeyri-qanuni miqrant deportasiya olunub.

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmisi İrina Volk 2024-cü ildə qanunu pozduğuna görə Rusiyadan 65 mindən çox miqrantın deportasiya olunduğu ilə bağlı məlumat yayıb.

O həmçinin nazirliyin həyata keçirdiyi tədbirlərin miqrantlar tərəfindən törədilən cinayətlərin sayını azaltdığını bildirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 6 ayda bu göstərici 6,4 faiz azalıb.

Belə ki, xüsusilə ağır cinayətlərin sayı 11 %, quldurluq - 30 %, adam öldürməyə cəhd - 18 %, soyğunçuluq- təxminən 10 %, cinsi istismarla bağlı cinayətlər - 8,5 % azalıb.