📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

2024-cü ildə yaşayış minimumu 270 manat olacaq

2023-12-05 14:15:41

2024-cü ildə yaşayış minimumu 270 manat olacaq

Milli Məclisdə 2024-cü il üçün yaşayış minimumu haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Hurriyyet.az bildirir ki, sənəd parlamentin dekabrın 5-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Komitə sədri Musa Quliyev qanun layihəsi barədə məlumat verdikdən sonra layihə təsdiqlənib.

Bildirilib ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir.

Qeyd edək ki, Qanun 2024-cü il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

Musavat.com