2025-ci ilin aprelinə qədər... ABŞ-dan İsraillə bağlı qərar
2024-08-15 16:10:40
Hurriyyet.az xəbər verir ki, "Ameika Hava Yolları" (American Airlines) şirkəti 2025-ci ilin aprel ayına qədər İsrailə uçuşları təxirə salıb.
Bu barədə "İsrael a Yom" nəşri məlumat verib.
Qeyd edək ki, "American Airlines" şirkəti digər ABŞ aviaşirkətlərindən fərqli olaraq, 2023-cü ilin oktyabrında uçuşların ləğv olunmasından sonra 2024-cü ildə marşrutu bərpa etməyib.
Hazırda ABŞ-ın "Delta" və "United Airlines" aviaşirkətləri də İsrailə səfərləri dayandırıblar. Lakin onlar ilk dayandırmadan sonra 2024-cü ilin əvvəlində uçuşları bərpa etmişdilər.
Hürr Tərcüman