2025-ci ilin edam rekordu - "Ağ ölüm"ə ölüm cəzası
2025-12-16 16:36:01
Hurriyyet.az xəbər verir ki, Səudiyyə Ərəbistanında edamların sayı rekord həddə çatıb.
AFP agentliyinin məlumatına görə, 2025-ci ilin əvvəlindən bəri krallıqda 340 nəfər barəsində ölüm hökmü icra edilib.
Edam edilənlərin əksəriyyəti - 232 nəfər - narkotiklərlə əlaqədar cinayətlərə görə mühakimə ediliblər. Mütəxəssislər bu rəqəmin artmasını Ər Riyad hökumətinin narkotik ilə mübarizəni sərtləşdirməsi ilə əlaqələndirirlər. Narkotiklə bağlı cinayətlərlə əlaqədar edam hökmünün verilməsi qanunu 2023-cü ildən etibarən bərpa edilib.
Hürr Tərcüman