21 yaşına çatmamış şəxslərə enerji içkisi satılması qadağan edildi
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Qazaxıstanda 21 yaşdan kiçik şəxslərə alkoqolsuz enerji içkilərini satmaq qadağan edilib. Hökumətin açıqlamasında qeyd edilir ki, alkoqoldan daha təhlükəli olan enerji içkilərini hətta uşaqların belə satın ala bilməsi yolverilməzdir.
Qazaxıstan məclisinin deputatı Elnur Beysenbayev deyib: "Enerji içkiləri alkoqoldan da təhlükəlidi. İndi hətta 10 yaşlı uşaq da rahatlıqla enerji içkisi ala bilir. Bununla əlaqədar dövlət başçısının göstərişi ilə 21 yaşına çatmamış şəxslərə enerji içkisi satışı qadağan edilib".
Yaş məhdudiyyətləri oyun biznesi və lotoreyalarla bağlı qanun layihəsi çərçivəsində tətbiq edilib. Qazaxıstanda enerji içkilərinin əsas istehlakçıları oyun düşkünləri hesab edilir. Onlar oyunları fasiləsiz izləmək naminə yatmamaq üçün bu içkilərdən istifadə edirlər.
Hürr Tərcüman