📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

21 yaşlı Arda Gülər bunu da etdi

2026-08-16 17:06:44

21 yaşlı Arda Gülər bunu da etdi

Joze Mourinyonun rəhbərliyi ilə məşqlərini davam etdirən “Real Madrid”in hazırlıq prosesində Arda Gülər yenidən texniki bacarığını nümayiş etdirib.

Hurriyyet.Media Türkiyə mətbuatına istinadla bildirir ki, cərimə meydançasından kənardan topa güclü zərbə vuran Arda onu qapının küncünə göndərib.

Arda Gülərin zərbəsinin yalnız dəqiqliyi deyil, topun sürəti də diqqət çəkib. Məşq zamanı vurulan qolun görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb, minlərlə bəyənmə və paylaşım toplayıb.

Ardanın bu qolu onun yüksək texniki imkanlarını və uzaq məsafədən zərbələrdəki ustalığını bir daha nümayiş etdirib.