📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

210 il sülh içində yaşayan İsveçdə müharibə başlaya bilər - Ukraynanı nümunə göstərdilər

2024-01-08 12:33:28

210 il sülh içində yaşayan İsveçdə müharibə başlaya bilər - Ukraynanı nümunə göstərdilər

Hurriyyet.az xəbər verir ki, İsveçin mülki müdafiə naziri Oskar Bolin ölkənin müharibəyə qoşula biləcəyi barəsində xəbərdarlıq edib.

Nazir Dalarn regionunda yerləşən Salen hərbi bazasında keçirilən Xalq Konfransındakı çıxışında Rusiyanın təhdidlərinə ciddi yanaşmaq lazım olduğunu bəyan edərək deyib: “İsveçdə müharibə başlana bilər və xalqımız ona hazır olmalıdır”.

İsveçin 210 il boyunca müharibələrdən kənarda qaldığı faktını xatırladan Bolin əlavə edib: “Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropanın təhlükəsizliyi vəziyyəti daha da pisləşib. Rusiyanın sürətlə silahlanmasına çox ciddi yanaşmaq lazımdır. Demək olar ki, 210 il ərzində sülh İsveç xalqının arzuolunan yol yoldaşı olub. Lakin bu gün hər şey dəyişilib və təhlükəsizlik vəziyyəti pisləşib. Bunu İsveç xalqına izah eləmək məsul bir nazir olaraq, mənim borcumdur”.  

O, İsveç hökumətinin insanların şüurunda ölkənin müharibəyə daxil ola biləcəyi anlayışı yaratmaqla dövlətin müdafiə qabiliyyətini artırmağa çalışdığını deyib. Nazir nümunə olaraq, Ukraynanın Rusiyaya qarşı müqavimətini misal çəkib.

Hürr Tərcüman