📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

22-ci gün: Ukraynanın itkiləri açıqlandı

2022-03-17 12:19:00

22-ci gün: Ukraynanın itkiləri açıqlandı

Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi əməliyyatlar başlayandan indiyə qədər olan itkilərini yeniləyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya MN-in rəsmisi general-mayor İqor Konaşenkov məlumat yayıb.

“Hərbi əməliyyatlar başlayandan bugünədək Ukraynanın 181 təyyarə və helikopteri, 172 PUA-sı, 170 zenit-raket kompleksi, 1379 tankı və digər zirehli maşını, 133 reaktiv yaylış atəşli sistemi, 514 artilleriya və minaatanı, 1168 hərbi avtomobil texnikası məhv edilib”, - general bildirib.