📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

22 il əvvəl Şuşada gizli çəkilmiş FOTOLAR

2022-09-07 23:49:00

22 il əvvəl Şuşada gizli çəkilmiş FOTOLAR

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, peşəkar diplomat Vilayət Quliyev 22 il əvvəl Şuşada gizli çəkilmiş fotoları yayıb. 

Hurriyyet.az  xəbər verir ki, səfir paylaşdığı fotoların ATƏT-in şəxsi nümayəndəsi Andjey Kasprşikin çəkdiyini bildirib.

“Bu şəkilləri 2000-ci ildə mənim xahişimlə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik işğal altındakı torpaqlarımıza növbəti səfərlərindən biri zamanı çəkmişdi. Təxminən 50 şəkildir. Şuşa muzeyinə hədiyyə edəcəyəm. Andjeyin bəlkə də yeganə xeyirli işidir…” - paylaşımda deyilir.

 

 

Modern.az