22 yaşlı oğlan qadını şantaj edib pul aldığı üçün tutulub
2024-09-10 16:41:29
Polisə müraciət edən paytaxt sakini olan qadın bir nəfərin onu hədələyərək hesabına 650 manat pul ödətdirdiyini bildirib.
Hurriyyet.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 22 yaşlı S.Həbibli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır./Musavat.com/