2,3 ton narkotik müsadirə edilib
2023-07-15 12:13:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Mərkəzi Amerikada yerləşən Panamada narkotik qaçaqmalçılarına qarşı keçirilən əməliyyatlar nəticəsində 2,3 ton kokain ələ keçirilib.
Sakit okean və Qəraib dənizi sahillərində ümumilikdə 3 əməliyyat keçirilib. 2,3 ton kokainin İspaniyaya – Valensiya limanına göndərilməsinin qarşısı alınıb.
Yerli mətbuatın yazdığına görə, Panamada bu ilin əvvəlindən bəri narkotik alverinə qarşı keçirilən 66 əməliyyatda 108 nəfər saxlanılıb.
Aprelin 29-da Qəraib dənizində ABŞ, Panama və Kolumbiyanın asayiş keşikçiləri tərəfindən keçirilən əməliyyat zamanı 5,5 ton kokain müsadirə edilmişdi.
Hürr Tərcüman