📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

23 yaşlı oğlanın əlində elektron siqaret partladı

2023-04-07 00:02:00

23 yaşlı oğlanın əlində elektron siqaret partladı

Tatarıstanda 23 yaşlı oğlanın əlində elektron siqaret partlayıb.

Hurriyyet.Az lent.az-a istinadən bildirir ki, gənc ikinci dərəcəli yanıq xəsarətləri alaraq, cərrahiyyə şöbəsinə yerləşdirilib.

Zərərçəkmişin sözlərinə görə, əvvəlcə baş verənlərin ciddiliyini dərk etməyib, lakin gecə kəskin ağrı hiss edib və bütün ovcunun yandığını görüb. Ağrını kəsmək üçün əlini soyuq suya qoyub, lakin sonda təcili yardım çağırmalı olub.

Həkimlər yalnız səhər saatlarında ağrıları aradan qaldıra biliblər.