📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“25 manatı Niyama xərcləmək istəmirsiz?” - Video

2023-07-14 10:36:00

“25 manatı Niyama xərcləmək istəmirsiz?” - Video

Xəbər verdiyimiz kimi, Novxanıda yerləşən “My Beach” istirahət mərkəzində ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması böyük müzakirələrə səbəb olub. Müştəridən əlavə bu qədər məbləğin tutulması qanunsuz hesab edilib.

Hurriyyet.az-ın məlumatına görə, məsələ ilə bağlı istirahət mərkəzinin sahibi müğənni Niyam Salami açıqlama verib.

O, məkanında ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması haqda tənqidlərə belə münasibət bildirib: “Bura gələnlər zəng edir və onlara bütün şərtlər izah olunur. Hər gün üç masa da olsa, ansamblla canlı ifalar təqdim edəcəyəm. Mən hər şeylə maraqlanıram, şikayətlərə də qulaq asıram. Məsuliyyəti üzərimə götürmüşəm. Sizin hesabınız 100 AZN tutursa, 25 manatını Niyama xərcləmək istəmirsiniz?”.