📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

25 yaşlı ABŞ hərbçisi "Fələstinə azadlıq!" nidası ilə özünü yandırdı

2024-02-26 08:56:10

25 yaşlı  ABŞ hərbçisi

Hadisə İsrailin Vaşinqtondakı səfirliyinin qarşısında baş verib
Hurriyyet.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin hərbçisi bazar günü, İsrailin Vaşinqtondakı səfirliyinin qarşısında özünü yandırıb. Bu barədə məlumatı CNN telekanalı yerli hakimiyyətə və ABŞ Hərbi Hava Qüvvələrinə istinadla verib.
Saat 13.00 radələrində polis hadisə yerinə gəlib. ABŞ-ın Məxfi Xidmətinin əməkdaşları da orada olublar.
CNN kanalının yaydığı videoda həmin şəxs özünü Aaron Buşnell adlandıraraq deyib: "Mən daha soyqırımının iştirakçısı olmayacağam. Mənim edəcəyim fələstinlilərin əzablarının yanında çox kiçikdir". Ardından o, kameranı yerə qoyaraq, öz üzərinə maye töküb və od vuraraq "Fələstinə azadlıq!" deyə qışqırmağa başlayıb. Sonra o, yıxılıb, polis əməkdaşları irəli atılaraq alovu söndürməyə başlayıblar.
ABŞ HHQ-nin mətbuat katibi Rouz Rayli də həmin şəxsin ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən hərbçi olduğunu təsdiqləyib. 
Zərərçəkən ağır vəziyyətdə yerli xəstəxanaya çatdırılıb. 
İsrail səfirliyinin təmsilçisi "səfirliyin əməkdaşlarının heç birinin zərər çəkmədiyini və hamının təhlükəsizlikdə olduğunu" bəyan edib.

Sosial şəbəkərdə yayılan məlumatlarda 25 yaşlı Aaronun artıq dünyasını dəyişdiyi bildirilir.
Hürr Tərcüman