27 ildən sonra ilk dəfə - Nazir Tehrana getdi
2025-04-17 18:19:35
Hurriyyet.az xəbər verir ki, son 27 il ərzində ilk dəfə olaraq, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Tehrana səfər edib.
1997-ci ildən bəri birinci dəfədir ki, Səudiyyə dövlətinin yüksək vəzifəli məmuru İrana səfər edir.
Nazir İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqeri ilə görüşüb. Tərəflər müdafiə sahəsində əməkdaşlıq, regional sabitlik və terrorçuluqla mübarizə məsələlərini müzakirə ediblər.
2023-cü ildə Çinin vasitəçiliyi ilə keçirilən görüşdən sonra Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlər normallaşmağa və yaxşılaşmağa başlayıb. O zamandan bəri tərəflər birgə hərbi görüşlər keçirir, diplomatik danışıqlar aparırlar.
Hürr Tərcüman