27 yaşlı oğlan futbol oynayarkən öldü
2026-08-17 13:29:16
Bakıda gənc oğlan futbol oynayarkən vəfat edib.
Hurriyyet.Media xəbər verir ki, hadisə dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində yerləşən stadionda baş verib.
Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Xəyal Xaliq oğlu İbadov futbol oynayan zaman səhhətinin qəfil pisləşməsi səbəbindən həyatını itirib.
Onun ürək çatışmazlığından öldüyü bildirilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu araşdırma aparır.