📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“28 Mall”un qarşısında skuterdən yıxılmışdı, öldü

2026-09-23 14:01:17

“28 Mall”un qarşısında skuterdən yıxılmışdı, öldü

Bakının mərkəzində skuterdən yıxılan 42 yaşlı kişi ölüb.

Hurriyyet.media  xəbər verir ki, hadisə sentyabrın 12-si Azadlıq prospekti 27-nin qarşısında – “28 Mall”un önündə baş verib.

Bakı şəhər sakini 1984-cü il təvəllüdlü İsmayıl Kərim oğlu Nəbiyev skuterdən yıxılıb və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Tibbi yardıma baxmayaraq, o, 10 gün sonra vəfat edib.

Faktla bağlı araşdırma aparılır.