📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“28 May” metrosu yaxınlığında aksiyaya cəhd - DİN-dən açıqlama

2021-12-11 16:18:00

“28 May” metrosu yaxınlığında aksiyaya cəhd - DİN-dən açıqlama

Bu gün – dekabrın 11-də saat 15 radələrində 8-10 nəfərdən ibarət bir qrup şəxs metronun “28 May” stansiyasının yaxınlığında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış toplantı keçirməyə cəhd göstərib.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib.

O qeyd edib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmış və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan olmayıb.