📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“28 May”dan “Dərnəgül”ə sonuncu qatar - Video

2026-08-15 14:33:54

“28 May”dan “Dərnəgül”ə sonuncu qatar - Video

Avqustun 15-i “Həzi Aslanov” istiqamətindən gələn qatar saat 00:32-də “28 May” stansiyasından sonuncu dəfə “Dərnəgül”ə doğru hərəkət edib.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Qeyd edilib ki, bu son səfər Bakı metrosunun inkişafında yeni dövrün başlanğıcına doğru atılan mühüm addımdır.

Xatırladaq ki, bu gündən “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanılıb. Layihə ilə bağlı işlər 11 ay davam edəcək.