📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

29 il sonra Zəngilanda ilk toy olacaq

2022-06-16 16:07:00

29 il sonra Zəngilanda ilk toy olacaq

2020-ci ilin oktyabrında erməni işğalından azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində bu günlərdə toy olacaq.

Bu barədə kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, əslən Ağalı kəndindən olan Kamran bəy həmin kənddən olan xanımla doğma yurdda nikaha girəcək. Toy məclisi Ağalı kəndində keçiriləcək.

Gənclərin toyunda sakinlərlə yanaşı, rəsmi şəxslərin də iştirakı gözlənilir.

Cütlüyə Ağalı kəndində 2 otaqlı mənzil hədiyyə olunub. 

Yenisabah.az