📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

29 yaşlı çempionumuz qəfildən öldü

2022-03-26 12:45:00

29 yaşlı çempionumuz qəfildən öldü

Çempion ürək tutmasından dünyasını dəyişib.

Hurriyyet.az Unikal.org-a istinadən xəbər verir ki, əslən Qax rayonundan olan 1993-cü il təvəllüdlü Dəmirçi Nurlan Nurullah oğlu martın 23-də Qazaxıstanın Komenqorsk şəhərində ürək tutmasından dünyasını dəyişib.

1997-ci ildən Qazaxıstanda yaşayan N.Dəmirçi idmanın boks, kiqboks, qaydasız döyüş və K- 1 idman növləriylə məşgul olub. O boks və kiqboks üzrə dəfələrlə Qazaxıstan çempionu olub.

N.Dəmirçi idman ustalığına namizəd idi. İdmançı doğuldugu Qax rayonuna gətirilərək dəfn olunacaq.