📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“3 ayda 20 milyarda yaxın vəsait ayrılıb” - Rutte

2025-04-03 00:03:12

“3 ayda 20 milyarda yaxın vəsait ayrılıb” - Rutte

2025-ci ilin 3 ayı ərzində NATO ölkələri Ukraynanın təhlükəsizliyini dəstəkləmək üçün artıq 20 milyard avroya yaxın vəsait ayırıb.

“Hurriyyet” “Reuters”ə istinadən xəbər verir ki, bu haqda NATO-nun Baş katibi Mark Rutte açıqlama verib.

“NATO müttəfiqləri Ukraynanı dəstəkləməkdə davam edir. Təkcə 2025-ci ilin ilk üç ayında təhlükəsizliyi dəstəkləmək üçün təxminən 20 milyard avro ayrılıb”, - o bildirib.