3-cü Dünya Müharibəsi Ukrayanda başladımı?
Ukraynada baş verənlərin Üçüncü Dünya müharibəsinin müqəddiməsi olduğuna dair dünyada geniş müzakirələr gedir. Bu barədə numeroloqlar da öz fikirlərini bildirirlər. Numeroloqların hesablamaları göstərir ki, hər iki dünya müharibəsinin başlama tarixlərindəki bütün rəqəmlərin cəmi Ukraynada xüsusi əməliyyatın başlanmasının rəqəmlərinin cəmi ilə üst-üstə düşür.
İstənilən böhranlar, xüsusən də Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı və ardınca Qərb ölkələrinin qlobal sanksiyaları nəticəsində yaranan indiki kimi irimiqyaslı və ağır böhranlar müxtəlif konspiroloqların, o cümlədən numeroloqların analizlərini aktivləşdirir. Onlar artıq ötən əsrin hər iki dünya müharibəsinin başlama tarixlərindəki rəqəmlərin cəmini hesablayıblar və “xüsusi əməliyyatın başlanma tarixindəki rəqəmlərin cəmi ilə müqayisə ediblər. Nəticə budur:
1. Birinci Dünya Müharibəsi: 28/07/1914
28+07+19+14= 68
2. İkinci Dünya Müharibəsi: 01/ 09/ 1939-cu il
01+09+19+39=68
3. Ukraynada xüsusi əməliyyatın/müharibənin başlanması: 24/ 02/ 2022
24+02+20+22= 68
Düşünmək lazım deyil ki, döyüşlər yalnız bir ölkənin - Ukraynanın ərazisində aparılırsa, bu, hələ dünya müharibəsi deyil. Xatırlamaq yerinə düşər ki, İkinci Dünya Müharibəsi Almaniyanın Polşanı tutması ilə başladı və yalnız bundan sonra bütün dünya tədricən bu müharibəyə cəlb olundu. Hələlik Qərb ölkələri Rusiya-Ukrayna münaqişəsində birbaşa iştirakdan bütün vasitələrlə çəkinir, çünki onun nüvə münaqişəsinə çevrilə biləcəyindən ehtiyatlanır. Ancaq sabaha kim zəmanət verə bilər?
Ülviyyə, Hurriyyet.az