📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

3 Dekabr - Beynəlxalq Əlillər Günüdür

2022-12-02 20:00:00

3 Dekabr - Beynəlxalq Əlillər Günüdür

Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir. Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub.

Hurriyyet.az xəbər verir ki, Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulub.

Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Əlillər Günü çox vaxt unudulan və ya cəmiyyətdən kənarlaşdırılan əlilliyi olan insanlar və onların ehtiyacları haqqında məlumatlılığın artırılması və onların dərk edilməsi üçün xüsusi bir gündür. Əlilliyi olan insanların töhfələrini və nailiyyətlərini təbliğ etmək və sosial şüurun yaradılması üçün qeyd olunur.