“3 evim, 80 minlik maşınım var” - Müğənni mülklərindən DANIŞDI+ VİDEO
2024-01-11 21:08:32
“Halal zəhmətimlə aldığım 3 evim var. 80 min manatlıq maşın sürürəm"
Hurriyyet.Az Yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Aygün Ağayeva "Rəngarəng səhər" verilişinin qonağı olarkən deyib.
O, bədnəzərdən qorxmadığını açıqlayıb:
"Mən Quranı əzbər bilirəm. Səhər evdən çıxanda "Fələq", "Nas", "İxlas" surələrini oxuyub çıxıram. Göz-nəzərdən də qorxmuram. Maşınımın qiyməti 80 min manatdır. Doğrudur, maşınım özümə layiq deyil. İstəsəm, "Gelandewagen” sürərəm. Sadəcə istəmirəm. Əsas odur ki, sevdiyim maşını sürürəm”.