📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

3 gün ərzində 6 mindən çox insan öldürülüb

2026-02-15 21:22:41

3 gün ərzində 6 mindən çox insan öldürülüb

Ötən il oktyabr ayının sonlarında Çevik Dəstək Qüvvələrinin Sudanın Darfur bölgəsində başladığı hərbi əməliyyatın üç günü ərzində 6000-dən çox insan həlak olub.

Hurriyyet.org xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında deyilir.

Ötən il oktyabrın 25-dən 27-dək Faşirdə azı 4400 insanın qətli sənədləşdirilib. Bundan başqa, Çevik Dəstək Qüvvələrinin hücumlarından qaçmağa çalışarkən 1600-dən çox insan öldürülüb.

Qeyd edək ki, Sudanda üç ildir ordu ilə Çevik Dəstək Qüvvələri arasında gedən müharibə on minlərlə insanın həlak olmasına, milyonlarla insanın didərgin düşməsinə səbəb olub.