📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

3 milyonluq narkotik: Erməni müxalifətçinin oğlu tutuldu

2023-06-30 15:31:00

3 milyonluq narkotik: Erməni müxalifətçinin oğlu tutuldu

“İctimai səs” partiyasının əvvəllər həbs olunmuş lideri Artak Qalstyanın oğlu Gürcüstanda narkotik cinayətində ittiham olunaraq saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

Bildirilib ki, onun Ermənistana ekstradisiyası üçün tədbirlər görülür.

Məlumata görə, Ermənistanın İstintaq Komitəsi 2019-2023-cü illərdə narkotik alveri ilə məşğul olan böyük mütəşəkkil cinayətkar dəstəni ifşa edib. İstintaq müəyyən edib ki, cinayətkar qruplaşma üzvləri Teleqramda çoxsaylı qruplar vasitəsilə narkotik alveri həyata keçiriblər. Satışın ümumi məbləği 3 milyon dollar qiymətləndirilir.

Cinayətin izlərini gizlətmək üçün qrup üzvləri hətta ödənişi kriptovalyuta ilə alıblar.

“İctimai səs” partiyasının lideri də daxil olmaqla, 8 nəfərə qarşı cinayət işi açılıb.

axar.az