📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

3 ölkənin lideri Tripolidə bir araya gələcək

2025-01-04 22:42:00

3 ölkənin lideri Tripolidə bir araya gələcək

Yanvar ayının əvvəllərində Liviyanın paytaxtı Tripolidə Liviya, Tunis və Əlcəzair dövlət başçılarının üçüncü zirvə toplantısı keçiriləcək. Artıq bunun üçün hazırlıqlara başlanıb.

Bu barədə Əlcəzairin xarici işlər naziri Əhməd Attaf 2024-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Nazir əlavə edib ki, ölkəsinin üçtərəfli məsləhətləşmə mexanizminin yaradılması təklifi Liviya və Tunis tərəfindən qəbul olunub və bu çərçivədə görüşlər keçirilib. Bu görüşlər çərçivəsində adıçəkilən ölkələrin birbaşa maraqlarına aid problemlərin həlli üçün real əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılıb. \\Modern.az