3 ton spirtli içki Kabul çayına töküldü
2022-01-03 16:02:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Əfqanıstanda “Taliban” hökumətinin Kəşfiyyat Xidməti 3 ton içkini Kabul çayına töküb.
“Talban” hökumətinin Kəşfiyyat Xidməti Kabulun Kartei Çar bölgəsində içki satılan məkana basqın təşkil elədiyini, 3 ton spirtli içkinin müsadirə edildiyini və 3 nəfərin həbs olunduğu bildirib. Açıqlamada alkoqoldan istifadə eləməyin haram olduğu və müsəlmanların içkidən uzaq durmalı olduğu qeyd edilib.
Əfqanıstanın Kəşfiyyat Xidmətinin sosial media hesabındakı təsvirdə içkinin Kabul çayına töküldüyü görünür.
“Taliban”ın 15 avqust tarixində Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra narkotik aludəçiləri də daxil olmaqla, içki istehsalı və satışına qarşı güclü mübarizə başlanıb.
Hürr Tərcüman