"3 variantımız var, ya Azərbaycana tabe olmalıyıq..." - Vardanyan
Daha əvvəl xəbər verdiyimiz kimi, dekabrın 25-də Qarabağdakı ermənilər Xankəndidə Laçın dəhlizinin açılması tələbi ilə etiraz aksiyası keçiriblər.
Hurriyyet.az xəbər verir ki, Qarabağdakı qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan aksiyaçılar qarşısında çıxış edib.
O bildirib ki, indiki vəziyyətdə 3 variant var:
“Birincisi, biz Azərbaycana tabe oluruq və ona inteqrasiya edirik, ikincisi, burdan gedirik, üçüncüsü, biz mübarizə aparırıq. Sentyabrın 2-də qərarımı vermişəm, buradayam, döyüşürəm və buradan getməyəcəm və Azərbaycanın şərtlərinə tabe olmayacağam. “Artsax”ın müstəqilliyi üçün hər şeyi verəcəm. Möcüzə olmayacaq, möcüzə gözləməyin, qarşıda bizi çox çətin bir yol gözləyir, o yolu birlikdə keçəcəyik. Amma inansaq, birlikdə olsaq, əminəm ki, nəinki biz dünyaya kömək edəcəyik, dünya da bizə kömək edəcək”.
yeniavaz.com