📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

3 yaşlı nəvəsini incitmiş nənəyə cinayət işi açıldı

2023-08-11 17:45:00

3 yaşlı nəvəsini incitmiş nənəyə cinayət işi açıldı

Sumqayıtda azyaşlı nəvəsini baxımsız şəraitdə saxlayan qadına cinayət işi açılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Sumqayit Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Abdullayeva Ülviyyə Rəsul qızı barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, Sumqayıtda baxımsız şəraitdə saxlanılan 3 yaşlı qız sığınacağa yerləşdirilib.