📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

3 yaşlı uşağın döyülməsi: Ana valideynlikdən məhrum edilə bilər

2026-09-25 19:52:08

3 yaşlı uşağın döyülməsi: Ana valideynlikdən məhrum edilə bilər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəranda 3 yaşlı uşağın zorakılığa məruz qalması ilə bağlı məlumat yayıb.

Komitə azyaşlının təhlükəsizliyinin təmin edilməsi, səhhətinin bərpası hüquq və mənafelərinin qorunması əsas prioritet elan edib.

"Hazırda uşağın səhhəti stabildir. Azyaşlının döyülməsində şübhəli bilinən atalığı ilə bağlı rayon polis şöbəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. pizza sifarişi

Eyni zamanda, uşağın anasının valideynlik hüququnun məhdudlaşdırılması məsələsinə baxılır. Ananın psixoloji vəziyyəti ilə bağlı müvafiq psixoloqlar tərəfindən onunla söhbətlər və psixoloji dəstək tədbirləri həyata keçirilir"./Yeni Sabah