📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

30 bağça müdiri vəzifəsindən AZAD EDİLDİ

2022-07-07 17:50:00

30 bağça müdiri vəzifəsindən AZAD EDİLDİ

Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir.

Nazirlikdən Hurriyyet.az-a verilən xəbərə görə, aparılmış monitorinqlər nəticəsində 30 nəfər çalışmanın yaş həddinə çatmış müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib.

Belə ki, həmin müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub.