📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

30-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

2022-03-25 14:07:00

30-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya Müdafiə Nazirliyi müharibənin 30-cu günü üçün Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov məlumat yayıb.

“Müharibənin başladığı gündən (24 fevral) indiyədək Ukraynanın 261 PUA-sı, 204 zenit-raket kompleksi, 1587 tank və digər zirehli texnikası, 163 reaktiv yaylım atəş sistemi, 636 artilleriya və minaatanı, 1397 xüsusi hərbi maşını məhv edilib”, - Konaşenkov bildirib.